“Fənərbaxça”  “Arsenal”ın hücumçusunu alır
04 yanvar 2013 10:35 (UTC +04:00)

“Fənərbaxça” “Arsenal”ın hücumçusunu alır

"Arsenal"ın hücumçusu Maryan Şamah karyerasını “Fənərbaxça”da davam etdirə bilər.

Lent.az-ın məlumatına görə, türklər futbolçunun transferi üçün danışıqlara başlamağa hazırdır. Məlumatda Şamahın da "Fənərbaxça"nın təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Şamah son klubunda 40 oyunda 8 qola imza atıb.

# 1095
avatar

Oxşar yazılar