“Barselona”lı futbolçu: <b>“Çox səhv buraxdıq”</b>
27 oktyabr 2014 14:31 (UTC +04:00)

“Barselona”lı futbolçu: “Çox səhv buraxdıq”

“Hesab 1:1 olanda ikinci qolu vurmaq üçün irəli atıldıq, şanslarımız da oldu. Ancaq qol imkanlarından yararlana bilmədik. Əvəzində “Real” ikinci qolu vurdu. Həmin qolun madridlilərə çox köməyi dəydi”. Lent.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın kapitanı Xavi Ernandes deyib.

Komandasının Madrid “Real”ına məğlubiyyətini (1:3) şərh edən 34 yaşlı yarımmüdafiəçi bunları əlavə edib: “Oyun ərzində çoxlu səhv buraxdıq. İkinci hissədə isə oyunumuz alınmadı. “Real” hesabda önə keçdikdən sonra əks-hücumlara “bel bağladı”. Buna görə də, qapımızdan 3-cü qolu buraxdıq. "Real" əks-hücumlarla yaşayır".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918

Oxşar yazılar