İspaniyanın "Valensiya" klubu yeni baş məşqçi ilə bağlı qərar verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, komandaya Karlos Korberan rəhbərlik edəcək.
Məlumata görə, tərəflər müqaviləni 2027-ci ilin yayına qədər imzalayacaqlar. "Valensiya" "Vest Bromviç"in hazırkı baş məşqçisini almaq üçün 3 milyon avro sərbəst buraxılma maddəsi ödəyib. “Yarasalar”la Korberan arasında müqavilənin imzalanması yaxın 24 saat ərzində rəsmən elan olunacaq.
Xatırladaq ki, “Valensiya” 17 oyunda 12 xal toplayıb və La Liqanın turnir cədvəlində 19-cu yerdədir.