“Valensiya”nın keçmiş futbolçusu daşqınlarda boğulub öldü
01 noyabr 2024 15:20 (UTC +04:00)

“Valensiya”nın keçmiş futbolçusu daşqınlarda boğulub öldü

“Valensiya” futbol klubu akademiyasının məzunu Xose Kastilyexo İspaniyada “Dana” qasırğası nəticəsində yaranan daşqınlarda 28 yaşında dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Açıqlamada deyilir ki, “Valensiya” “Dana” qasırğasının qurbanı olmuş Xose Kastilyexonun ölümündən dərin təəssüf hissi keçirir. Kastilyexo “Valensiya” akademiyasının bir hissəsi olub və “Valensiya” cəmiyyətinin bir neçə komandasında oynayıb.

Klubun akademiyasında işlədikdən sonra Kastilyexo aşağı liqa klubları olan “Paterna”, “Eldense”, “Bunol”, “Roda”, “Torre Levante” və başqalarında çıxış edib.

KİV-in məlumatına görə, Valensiya muxtariyyətində qasırğa və daşqınlar nəticəsində 150-dən çox adam ölüb. İspaniya kuboku və çempionatında bir neçə oyun təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344
avatar

Oxşar yazılar