"Tottenhem"in koreyalı hücumçusu Son Hın Min karyerasını MLS-də davam etdirəcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, 33 yaşlı idmançı ilə müqaviləni rəsmi olaraq Şimali Amerika liqasının təmsilçisi Los-Anceles elan edib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu ilə müqavilə 2027-ci ilin sonuna qədər qüvvədə olacaq, daha bir il uzadılması, eləcə də 2029-cu ilin iyunun sonuna kimi yenidən imzalanması mümkündür.
Sövdələşmənin maliyyə şərtləri açıqlanmayıb, lakin KİV-in məlumatına görə, transfer məbləği təxminən 27 milyon dollar təşkil edib ki, bu da MLS tarixində rekord göstəricidir.
Xatırladaq ki, Son 2015-ci ildən "Tottenhem"də çıxış edib, İngiltərə klubuna Leverkuzen “Bayer”indən keçib. Ümumilikdə koreyalı London klubunun heyətində bütün turnirlərdə 454 oyun keçirib, 173 qol vurub və 101 məhsuldar ötürmə edib.
London klubundakı son mövsümündə hücumçu Avropa Liqasının qalibi olub.