Britaniyanın məşhur idman portalı “GiveMeSport” idman tarixinin ən zəngin boksçularının reytinqini təqdim edib.
Lent.az-ın xəbərinə görə, gəlir baxımından 1 nömrəli əfsanəvi amerikalı boksçu Floyd Meyvezerdir. Onun ümumi qazancı 400 milyon dollar qiymətləndirilir. İkonik keçmiş ağır çəki təmsilçisi Corc Forman tam 100 milyon dollar az qazanıb. İlk üçlüyü 250 milyon dollar sərvəti ilə hazırkı Meksika çempionu Sual "Kanelo" Alvares tamamlayır.
“GiveMeSport”untəqdim etdiyi tarixin ən zəngin 10 boksçusu bunlardır:
1. Floyd Meyweather - 400 milyon dollar
2. Corc Forman – 300 milyon dollar
3. Saul "Kanelo" Alvares - 250 milyon dollar
4. Menni Pakyao - 220 milyon dollar
5. Oskar De La Hoya - 200 milyon dollar
6. Aleksandr Usik - 165 milyon dollar
7. Tayson Fyuri - 146 milyon dollar
8. Lennoks Lyuis - 120 milyon dollar
9. Şuqar Rey Leonard - 120 milyon dollar
10. Cek Pol - 100 milyon dollar