Sinişa Mixayloviçə söz vermişdim ki...  - Arnautoviç
28 iyul 2025 10:56 (UTC +04:00)

Sinişa Mixayloviçə söz vermişdim ki... - Arnautoviç

36 yaşlı Marko Arnautoviç mətbuat konfransı zamanı göz yaşlarını saxlaya bilməyib.

Lent.az-ın xarici KİV-ə stinadla xəbərinə görə, avstriyalı “İnter”lə müqaviləsi başa çatdıqdan sonra klubu tərk edərək “Srvena Zvezda”ya keçib.

Mətbuat konfransında Marko bildirib ki, bir dəfə mərhum Sinişa Mixayloviçə söz verib ki, bir gün Serbiya klubunun formasını geyinəcək.

“Biz Bolonyada olanda o, bunu mənə hər gün deyirdi. Mən ona bir gün bu köynəyi geyinəcəyimə söz verdiyim üçün buradayam. Sinişaya söz verdim ki, bir gün “Srvena Zvezda”ya gedəcəm və buradayam. 

Stadiona gəldiyim bu iki gündə ömrüm boyu ağladığımdan daha çox ağladım. Ailəsi ilə danışdım. Sinişaya söz vermişdim ki, “Srvena Zvezda”ya gedəcəyəm və buradayam”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390

Oxşar yazılar