Oskar Pistoris və Reva Stenkamp
11 noyabr 2021 01:33 (UTC +04:00)

Oskar Pistoris və Reva Stenkamp

Sevgilisinin qatili olan məşhur idmançı HƏBSDƏN ÇIXA BİLƏR

Sevgilisini öldürməkdə təqsirli bilinən altıqat Paralimpiya çempionu Oskar Pistorius həbsdən vaxtından əvvəl azad oluna bilər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 2021-ci ilin iyulunda idmançı cəzasının yarısını artıq çəkib. Oskarın vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı işə oktyabrın sonunda baxılmağa başlansa da, indiyədək proses dayandırılıb. Xüsusi komissiya onun buna layiq olub-olmaması barədə qərar verməzdən əvvəl idmançı mərhumun yaxınları ilə görüşməlidir.
 
2013-cü il fevralın 14-nə keçən gecə Pistorius sevgilisi Reva Stenkampı kilidli tualetin qapısına bir neçə dəfə atəş açaraq öldürüb, daha sonra hərəkətlərini onu soyğunçu ilə səhv salmaqla izah edib. İdmançı əvvəlcə adam öldürmədə təqsirli bilinib və altı il müddətinə azadlıqdan məhrum edilib.

Bununla belə, Cənubi Afrika prokurorluğu hökmdən əvvəlcə Pretoriya Ali Məhkəməsində, apelyasiya şikayəti rədd edildikdən sonra isə Ali Apelyasiya Məhkəməsində etiraz edib. Prokurorluğun vəsatəti təmin edilib və 2017-ci ilin noyabrında qəsdən adam öldürmə ittihamı ilə 13 il 5 ay azadlıqdan məhrum edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2586
avatar

Oxşar yazılar