Şevçenko istefaya göndərildi
15 yanvar 2022 16:49 (UTC +04:00)

Şevçenko istefaya göndərildi

 

İtaliya “Cenoa”sı baş məşqçisi Andrey Şevçenkonu istefaya göndərib.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, mövsümün gedişində bu vəzifəyə gətirilən ukraynalı komandanı cəmi 11 oyuna çıxarıb.

Bu müddətdə genuyalılar yalnız 1 qələbə qazanıblar. 45 yaşlı mütəxəssisin bu uğuru da kubokun “Salernitana” ilə matçında təsadüf edib – 1:0.

Qeyd edək ki, “Cenoa” A seriyasının turnir cədvəlində 20 komanda arasında 19-cudur.
 

# 1764
avatar

Oxşar yazılar