Andreey Stenyykedən ayrıldıqdan sonra Rumıniya millisinin cinah oyunçusu Valentin Mixeyle Ami Kolhon ilə münasibət qurmağa başlayıb.
21 yaşlı sarışın seksual geyimləri ilə “Instagram”ı silkələyir.
Lent.az xarici Kİv-ə istinadən bildirir ki, Ami Kohon sevgilisinə dəstək olmaq üçün Avropa çempionatında Slovakiya ilə oyunda (1:1) Frankfurtdakı stadionun tribunasında olub. O, 13 nömrəli və futbolçunun adı yazılmış köynək geyinib.
Cütlük bir neçə aydır münasibətdədir, lakin praktiki olaraq ayrılmazdır. Mihayle, “Parma”nın bu mövsüm A Seriyasına yüksəlməsini qeyd etmək üçün ziyafətdə sevgilisini rəsmi olaraq təqdim edib.
“Universitatya Krayova”nın keçmiş oyunçusu İtaliyanın "Parma" klubu ilə müqaviləsinin son ilinə qədəm qoyur. 24 yaşlı cinah oyunçusu “Ennio Tardini”də dörd mövsüm keçirib və bu yaxınlarda başa çatan mövsümdə “Parma”nın A Seriyasına çıxmasına kömək edib.
Ami Kolhon Krayovadakı Fratsiya Buzeşti adına Milli kollecin məzunudur. Qızın ifadəli üz xüsusiyyətləri var. O, hündür, qamətlidir, təxribatçı və seksual çimərlik geyimlərində poza verməyi sevir.