Ronaldo "Real"a keçən Mbappeyə müraciət etdi:  "Madridə gedək!"
04 iyun 2024 19:06 (UTC +04:00)

Ronaldo "Real"a keçən Mbappeyə müraciət etdi: "Madridə gedək!"

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo PSJ-dən “Real Madrid”ə keçən fransız hücumçu Kilian Mbappeyə müraciət edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ronaldo təbrikini belə çatdırıb:

"Santyaqo Bernabeuda səni görməyə şad olaram... Madridə gedək!".

3 iyun 2024-cü ildə “Real Madrid” Kilian Mbappe ilə müqavilə imzaladığını elan edib.

Futbolçunun "Real"la müqaviləsi 2029-cu ilə qədərdir. Mbappe əvvəllər PSJ-də çıxış edib. Ötən mövsüm fransalı hücumçu komandanın heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” internet portalı fransız forvardın bazar dəyərini 180 milyon avro qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8106
avatar

Oxşar yazılar