"Barselona"nın hücumçusu Robert Levandovski "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun 39 yaşındakı çıxışından danışıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu mövsüm Ronaldo "Əl-Nasr"ın heyətində bütün turnirlərdə 9 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Kriştiano futbol tarixində çoxlu səhifələr yazıb və daim ətrafındakı hər kəs üçün həddi qaldırıb. Buna göz yummaq olmaz. O, artıq hər şeyə, ya da demək olar ki, hər şeyə nail olsa da, tezliklə 40 yaşını tamamlayacaqsa da, meydanda əsəbiləşən və əsəbiləşdikcə hələ də ambisiyalarının olduğu aydındır. Bu, onun böyük ambisiyalarından xəbər verir.
Hələ də arzusu var. Onun fiziki durumu çox yaxşı görünür. Bu, onun seçdiyi yolun təsirli olduğunu göstərir. Yaşından asılı olmayaraq, onun göstəriciləri artmaqda davam edir. Təbii ki, o, istisnadır. Və belə istisnalar çox azdır”, - Levandovski vurğulayıb.