Kriştiano Ronaldo keçmiş komanda yoldaşı Rio Ferdinandla müsahibəsində karyerasında 1000 qol vurmaq niyyətində olduğunu açıqlayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, futbolçunun fikrincə bu nailiyyətə təxminən 41 yaşında çatmaq olar:
“1000 qol hədəfinə çatmaq istəyirəm. Əgər zədəm olmasa, mənim üçün ən vacibi budur, bunu istəyirəm. Mənim üçün futbolda qazana biləcəyim ən yaxşı göstərici ilk növbədə 900, sonra 1000-ə çatmaqdır.
Vurduğum qolların hamısı videolarda var. Bax, mən onların hamısına hörmət edirəm. Əgər daha çox qol istəyirsinizsə, onları məşqdə saya bilərəm. Mən bunu insanlara sonra sübut edəcəm. Onlar bəzi oyunçulara üstünlük verir, onu ən yaxşı adlandırırlar. Mənə əhəmiyyət vermir”.
39 yaşlı portuqaliyalının hazırda klub və ölkə üçün böyük karyerasında vurduğu 899 qolu var.