"Mançester Yunayted"in hücumçusu Markus Reşford klubdan getməyə hazırdır.
Lent.az xarici mediaya istinadla bildirir ki, Reşford son günlər planlarını dəyişməyib.
İngiltərə Premyer Liqasının cari mövsümündə 27 yaşlı Markus Reşford 15 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib. Onun Avropa Liqasında da altı oyun, bir qol və bir məhsuldar ötürməsi var. İngiltərə Liqa Kubokunda iki oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Reşford son 3 oyunda “Mançester Yunayted”in heyətində yer almayıb.