Kanadanın Saskaçevan əyalətində Həvəskarlar Liqasında hokkey oyunu zamanı Kris Even və oğlu Tayler arasında dava düşüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, münaqişənin nədən baş verdiyi məlum deyil. Lakin 47 və 27 yaşlı iki kişi bir neçə güclü zərbə endirərək əlbəyaxa olublar.
Kris Even “Langham Vikings”də, oğlu Tayler isə “Purdue Pirates”də oynayır. Piratlar rəqibini darmadağın ediblər - 18:4.
Kanada Həvəskar Hokkey Liqasının ilk mövsümü 1899-cu ildə Kanada Həvəskar Hokkey Assosiasiyasının dağılmasından sonra keçirilib. Yeni liqa yaratmaq qərarı Kvebek, Montreal Viktoriya və Ottava komandalarının bossları tərəfindən qəbul edilib. Daha sonra onlara Monreal Şemrokları da qoşulub.