“Real” hesab edirlər ki, yarımmüdafiəçilər Luka Modriç və Daniel Sebalos gələn yay komandadan ayrılacaq və "Bayer"in futbolçusu Florian Virtsi almaq istəyirlər.
Lent.az bildirir ki, bu barədə “Relevo” xəbər verir.
Mənbənin məlumatına görə, “Kral klubu”nun rəhbərliyi Modricin gələn yay karyerasını bitirə biləcəyini, Sebalosun isə ya bu transfer pəncərəsində, ya da bir ildən sonra başqa komandaya keçə biləcəyini düşünür.
Bildirilir ki, klub Virtsin Modriçi uğurla əvəzləyəcəyinə əmindirlər və gələn yay onu transfer etmək istəyirlər. Bununla belə, “Real” bu futbolçu ilə də maraqlanan “Bavariya”ya qarşı mübarizə aparmalı olacaq.
Yeni mövsümdə Virts iki qol vurduğu üç oyun keçirib. Ötən mövsüm Florian bütün turnirlərdə 49 oyunda iştirak edib, 18 qol vurub, 20 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 130 milyon avrodur.