“Təcrübəli komandaya qarşı oyun oynadıq. Stadionda yaxşı ab-hava vardı. Azarkeşlərə təşəkkür edirəm”.
Lent.az xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin matçında “Ludoqorest” klubuna 2:1 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“İnanıram ki, gələcək oyunda maksimum çalışacağıq. Bu gün məğlub olduq. Rəqib komandanı isə indi daha yaxından tanıdıq. 90 dəqiqə oynamağı bacaran komanda ilə üz-üzə idik. Səfərdəki oyunda daha səliqəli və dəqiq oynamağa çalışacağıq. Yeni qapıçının transfer edilməsi ilə bağlı çox ciddi danışıqlar gedir”.