Qara Qarayev
28 may 2022 17:06 (UTC +04:00)

Qara Qarayev

Qara Qarayevdən “Liverpul” -“Real Madrid” PROQNOZU

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Çempionlar Liqasının final oyunu ilə bağlı proqnozunu verib.

Azərbaycan millisinin üzvü apasport.az saytına açıqlamasında “Liverpul”u dəstəkləyəcəyini etiraf edib.

Maraqlıdır ki, o, “Real”ın yarımfinalda “Mançester Siti” səddini aşması səbəbindən “qırmızılar”ı dəstəkləyəcəyini deyib:

“Yarımfinalda “Mançester Siti”ni keçdiyinə görə “Real”dan xoşum gəlmir. Bütün arzum, istəyim kuboku “Liverpul”un qazanması olacaq. Mən Pep Qvardiolanın oyun tərzini bəyənən biriyəm. Ona görə “Mançester Siti”yə azarkeşlik edirdim. Bu komanda da uduzandan sonra “Liverpul”un finalda qalib gəlməsini arzulayıram.

Ümid edirəm ki, “qırmızılar” qalib gələcək. Çünki keçmiş oyunun qisasını almaq lazımdır”.

Qeyd edək ki, bu gün Parisdə keçiriləcək final matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

# 3015
avatar

Oxşar yazılar