“Qalatasaray” rəhbərliyi tənqid hədəfi olan baş məşqçi Okan Buruka tam dəstək vermək qərarına gəlib.
Lent.az bildirir ki, "Qalatasaray"ın "Yanq Boyz"a iki oyunda uduzaraq Çempionlar Liqasından kənarda qalması və təxminən 950 milyon lirə gəlir itirilməsinin ardından baş məşqçi Okan Buruk bəzi qrupların tənqid hədəfinə çevrilib. Bununla belə, klubun rəhbərliyi təcrübəli çalışdırıcını tam dəstəkləmək qərarına gəlib.
"Məşqçimiz Okan bizi iki il dalbadal çempion etdi. Mövsüm daha uzundur, qarşıda yeni hədəflərimiz var. Yeni transferlər oturduqca daha da yaxşı olacağıq" açıqlaması verən idarə heyəti Buruka güvəndiklərini bildirib.
Prezident Dursun Özbek “Biz baş məşqçimizin arxasındayıq” sözləri ilə müzakirələrə son qoyub.