Prokurorlar Ançelottiyə 5 il həbs cəzası  istəyir
13 iyun 2024 19:51 (UTC +04:00)

Prokurorlar Ançelottiyə 5 il həbs cəzası istəyir

Müstəntiqlərin fikrincə, "Real"ın baş məşqçisi 1 milyon avrodan çox vergi ödəyə bilməyib.

Bundan əvvəl İspaniya prokurorluğunun imic hüquqlarından əldə edilən gəlir vergisindən yayındığı üçün "Real"ın baş məşqçisi üçün 4 il 9 ay həbs istəyib. İttiham tərəfinə görə, Ançelotti 2014-2015-ci illər arasında 1 milyon avrodan çox vergi gizlədib.

Lent.az bildirir ki, “El Mundo”nun məlumatına görə, prokurorluq italiyalının cəzasının 5 ilə qədər artırılmasını istəyib. Ançelotti İspaniyada ilk dəfə olaraq vergidən yayınmaqda ittiham olunur. Xəzinədarlıq hesab edir ki, italyan məşqçi 2014-cü ildə 386 361,93 avro və 2015-ci ildə 675 718,76 avro ödəyə bilməyib.


Müstəntiqlərin fikrincə, Ançelotti Britaniyanın Virciniya adalarında ofşor şirkətlər vasitəsilə imic hüquqlarından əldə edilən gəlirləri gizlədib. “Vapia Limited” şirkəti vasitəsilə Karlo imic hüquqları üçün “Real”dan iki milyon avrodan çox pul alıb. Bundan əlavə, eyni şirkət vasitəsilə ispan nəhənglərinin çalışdırıcısı ümumi dəyəri 2,5 milyon avro olan bir neçə müqavilə bağlayıb.

65 yaşlı mütəxəssis 2021-ci ildən "Real "a rəhbərlik edir. Ançelotti daha əvvəl 2013-2015-ci illərdə klubun baş məşqçisi olub. İtaliyalı mütəxəssis “Kral klubu” ilə Çempionlar Liqasında üç qələbə qazanıb, iki liqa və Kral Kubokunda qalib gəlib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2787
avatar

Oxşar yazılar