"Onlar məni öldürürlər"  - Joze Mourinyo Türkiyə mətbuatından şikayətləndi
04 dekabr 2024 16:05 (UTC +04:00)

"Onlar məni öldürürlər" - Joze Mourinyo Türkiyə mətbuatından şikayətləndi

“Fənərbağça”nın baş məşqçisi türkiyəli jurnalistlərin ona münasibətindən narazıdır.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Joze Mourinyo hesab edir ki, Türkiyə mətbuatı yerli çempionatda çalışan mütəxəssislərə həddindən artıq təzyiq göstərir. 

“Lider “Qalatasaray”dan 3 xal geri qaldığımız turnir cədvəlində ikinci yerdəyik. Amma media məni hələ də öldürür. Mənə bir az hörmət göstərin. “Beşiktaş”dan qovulan Covanni van Bronkhorstla eyni şeyi mənə etməyə çalışmayın. Mən elə bir məşqçi tanımıram ki, üç, dörd, beş ayda möcüzə yaradaraq hər şeyi dəyişə bilsin. Məncə, həmin van Bronkhorst öz işini əla iş görürdü”, - Mourinyo vurğulayıb.

“Klubların və oyunçuların inkişafı üçün onlara sabitlik lazımdır, o cümlədən məşqçilərə də. Odur ki, mənə bir az dincəlməyə imkan verin, qoyun rahat işləyim. Amma sakitlik yoxdursa, deməli, bu problem deyil, mən yenə də işimdən həzz alıram”, - əfsanəvi portuqaliyalı mütəxəssis əlavə edib.

Joze Mourinyo iyun ayında "Fənərbağça"nın baş məşqçisi vəzifəsinə keçib. Mourinyonun son iş yeri 2024-cü ilin yanvarında qovulduğu “Roma” olub. Mourinyo əvvəllər “Porto”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”də baş məşqçi vəzifəsində çalışıb. O, Çempionlar Liqasında iki, Avropa Liqası və Konfrans Liqasında hər birində bir qələbə də daxil olmaqla 26 titul qazanıb. Joze Mourinyo hər üç avrokubok yarışında qalib gəlməyi bacaran yeganə məşqçidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759
avatar

Oxşar yazılar