Psixoloqa gedəndən sonra özünü öldürdü
23 aprel 2025 11:31 (UTC +04:00)

Psixoloqa gedəndən sonra özünü öldürdü

Rusiyanın "AvtoVAZ" şirkətində avtomobil yığma sexində çalışan işçi psixoloqla məsləhətləşdikdən sonra intihar edib. Psixoloq ona paranoyak olduğunu söyləyib. Onun cəsədi Moskvanın İzmaylovo parkında tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 24 yaşlı Oleq İjevskdə yaşayır və işləyirmiş. İnternetdə bir qızla tanış olub. Yazışmaları zamanı çətin həyatından şikayətlənib — təkliq hissindən və işdəki problemlərdən danışıb. Daha sonra dözməyib, həmin xanımın yanına, Moskvaya köçüb.

Orada bir müddət sonra şirkətdə işə düzəlib və psixoloqa müraciət edib. Seanslar zamanı əvvəlki iş yoldaşlarının onu izlədiyini söyləyib. Bundan sonra ona paranoyak diaqnozu qoyulub. Bu hadisədən sonra intihar edib — cəsədi İzmaylovo parkında tapılıb.

Qız dindirmə zamanı bildirib ki, Oleqin maliyyə problemləri olub. Yeni iş tapsa da, kredit borcları artmaqda davam edirmiş. Həkimin diaqnozundan sonra isə Oleq uçurumun astanasına düşüb — dərmanları qəbul etməyi dayandırıb və özünə qapanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840

Oxşar yazılar