ÖLÜM STADİONLARI:   futbol oyunları zamanı azarkeşlər necə ölüb?
11 may 2021 19:29 (UTC +04:00)

ÖLÜM STADİONLARI: futbol oyunları zamanı azarkeşlər necə ölüb?

Meydanda çaxnaşma, çarəsizlik və cansız bədənlər.

32 il əvvəl İngiltərənin futbol tarixində dəhşətli bir faciə yaşanıb. Həmin fəlakətli gündə - aprelin 15-də yüzə yaxın futbol azarkeşi stadionda əzilmək nəticəsində ölüb.
Lent.az xarici mediaya istinadla azarkeşlərin ölümünə səbəb olan bir neçə oyunu təqdim edir.

“Hillsboro”, - Şeffild, İngiltərə

Aprelin 15-i İngiltərə futbol aləmində əbədi bir matəm tarixi olaraq qalacaq. 1989-cu ildə məhz həmin gün Şeffildəki “Hillsboro” stadionunda “Liverpul” və “Nottinqem Forest” arasında İngiltərə Kubokunun yarımfinal oyunu keçirilirdi. Oyuna baxmaq istəyənlər o qədər çox idi ki, qonaq sektorunun girişinin qarşısında “Liverpul” azarkeşlərindən ibarət bir izdiham meydana gəlmişdi.
 
Stadionun təhlükəsizliyinə cavabdeh olan polis şefi Devid Dakenfild ölümcül bir səhvə yol verir.  Biletləri yoxlamadan pərəstişkarları dolu bir sektora buraxır. Dava düşür. Ön sıradakı izləyiciləri sözün əsl mənasında metal hasara sıxışdırırlar. Onlar boğulmağa başlayırlar.

Polis o an nə baş verdiyini başa düşmür. Azarkeşlər xilas olmaq üçün meydana girməyə çalışsalar da, hüquq-mühafizə orqanları bunu oyunun pozulması kimi qəbul edirlər. Yalnız bundan sonra qəfəsləri açırlar, amma çox gec olur - onsuz da cansız bədənlər meydana düşməyə başlayır. Ümumilikdə 96 nəfər ölür. Qurbanlardan biri sonradan “Liverpul”un kapitanı olan Siven Cerrardın əmisi oğlu olur. 

“Lujniki”, Moskva, SSRİ

Əsl ət dəyirmanı 1982-ci il oktyabrın 20-də “Lujniki”də olub Moskva “Spartak”ı ilə Hollandiyanın “Harlemom” komandası arasında UEFA Kuboku matçında tribunaların altındakı əyerdə dava düşüb. O, oyunun sonunda, qırmızı-ağların azarkeşləri çıxışa tərəf yönəlməyə başladıqda başlayıb.
Final fitinə 20 saniyə qalanda Sergey Şvetsov hollandiyalıların qapısına ikinci qolu vurub. Sevincli bir uğultu eşidən azarkeşlər geri dönməyə qərar veriblər və aşağı enən insanların axını ilə qarşılaşıblar. Buzlu pilləkənlərdəki kiçik yerlərdə dava düşüb. Yıxılanlar izdiham tərəfindən tapdalanıb. Metal arakəsmələr yükə davam gətirə bilməyib, insanlar böyük hündürlükdən beton üzərinə düşməyə başlayıblar.

Nəticədə 66 nəfər həlak olub. Bu yalnız rəsmi rəqəmdir. Qeyri-rəsmi məlumata görə, həmin gün 300 nəfərdən çox adam ölüb.

“Estadio Nasional”, - Lima, Peru


 1964-cü il mayın 24-də XVIII Yay Olimpiya Oyunlarının seçmə turnirində Peru və Argentina yığmaları arasında oyun baş tutub.

Son dəqiqələrdə hakim əvvəlcə Argentinanın qapısına vurulan qolu sayıb, sonra ləğv edib. Perulu azarkeşlərin tribunasında iğtişaşlar başlayır. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir, lakin bu bir səhv idi.

Azarkeşlər panika içində çıxışa tərəf qaçırlar, lakin qapılar bağlı olur. Pilləkənlə hərəkət edən tamaşaçılar qapalı qapı qarşısında olanları tapdalayırlar. İnsanlar daxili qanaxma və ya boğulmadan ölürlər. İzdihamda 328 nəfər ölür və təxminən 4 min nəfər yaralanır. Bu, futbol tarixində stadionda ən böyük ölüm faciəsidir.

 “Al-Masri klab sted”

2012-ci il fevralın 1-də Misir çempionatında “Al-Nasri”nin azarkeşləri oyun başa çatandan sonra meydana qaçır və Qahirənin “Al Ahli” klubun futbolçularına və məşqçilər korpusuna hücum edirlər. Sonra pərəstişkarları qəddarcasına döyürlər.
 
Qanlı qırğında bir neçə yüz nəfər iştirak edir və dinc tamaşaçılar stadionu tez tərk etməyə çalışırlar. Bu insanların əzilməsinə səbəb olur. Meydanda baş verənlər artıq çıxışda baş verənlərdən fərqlənmirdi. Bu dəhşətli faciə zamanı 73 nəfər həlak olur, ən azı min nəfər yaralanır.

“Ohene Can”, Akkra, Qana 


 2001-ci il mayın 9-da Qana çempionatında “Harts of Ouk” və “Asante Kotoko” komandaları arasında oyunda qonaqların azarkeşləri final fitinə bir neçə dəqiqə qalanda kürsüləri meydana tullamağa başlayırlar.

“Asante Kotoko” 1:2 hesabi ilə qalib gəlir. Polis azarkeşləri  sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edir. Peudaki faciə burada da təkrar olunur.

Çıxış qapıları bağlı olur. İnsanlar bir-birini əzməyə başlayırlar. 123 azarkeş ölür, yüzlərlə insan yaralanır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3417
avatar

Oxşar yazılar