Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymarın “Barselona”ya qayıtması ilə bağlı xəbərlər yayılıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, futbolçunun nümayəndələri yayılan xəbərlərə münasibət bildirib:
“Neymarın “Əl-Hilal”dan “Barselona”ya qayıtması ilə bağlı yazılar yalan, “Əl-Hilal” və idmançıya qarşı böyük hörmətsizlikdir. Neymar “Əl-Hilal” ilə müqavilə imzalayıb və Ər-Riyadda xoşbəxtdir. Tezliklə o, azarkeşləri sevindirmək üçün meydançaya qayıdacaq”.
Neymar 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Bu müddət ərzində o, bütün turnirlərdə beş oyunda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Braziliyalı əvvəllər PSJ, “Barselona” və “Santos”da çıxış edib.