Mundialda rekord: xəbərdarlıqların sayı
10 dekabr 2022 07:16 (UTC +04:00)

Mundialda rekord: xəbərdarlıqların sayı

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin Niderland-Argentina oyununda göstərilən vərəqələrin sayına görə rekord müəyyən edilib.

Lent.az Azətraca istinadla xəbər verir ki, hakim matç ərzində 15 xəbərdarlıq edib. Onlardan yeddisini hollandlar, səkkizini isə argentinalılar alıb.

Xatırladaq ki, əvvəlki rekord 2002-ci il dünya çempionatında Kamerun və Almaniya milli komandalarının matçında qeydə alınıb - o zaman 12 sarı və iki qırmızı vərəqə göstərilmişdi.

Qeyd edək ki, Niderland-Argentina qarşılaşmasının əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Oyunun əlavə vaxtında hesab dəyişməyib. Penaltilər seriyasında isə Argentina yığması daha güclü olub - 4:3.

Dünya çempionatının yarımfinalında Argentina Xorvatiya yığması ilə qarşılaşacaq.

# 1683
avatar

Oxşar yazılar