Mourinyodan futbolçulara XƏBƏRDARLIQ
11 aprel 2025 11:13 (UTC +04:00)

Mourinyodan futbolçulara XƏBƏRDARLIQ

Mourinyodan Fenerbahçe Futbolçularına Xəbərdarlıq: "Hər Vaxt Hazır Olun"

Fenerbahçənin baş məşqçisi Jose Mourinyo, Trendyol Süper Liqanın son 8 həftəsinə girərkən futbolçularını maksimum konsentrasiya və hazırlıq səviyyəsində olmaları üçün xəbərdar edib.

Lent.az xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.

Portuqaliyalı çalışdırıcı, oyunçularına hər zaman oyuna hazır olmalarını və oynama müddətindən asılı olmayaraq tam performans göstərmələrini tövsiyə edib.

"Qarşılığı Olmaya Bilər"

Mourinyo, oyunçularına belə deyib:

"Süper Liqada çox kritik həftələrə girdik. Artıq alacağımız pis bir nəticənin qarşılığı olmaya bilər. Bunun mənim qədər siz də fərqindəsiniz. Sizdən hər zaman özünüzü hazır tutmanızı istəyirəm. Bəzən 1 dəqiqə, bəzən 90 dəqiqə forma geyə bilərsiniz. Buna heç bir oyunda takılmayın və tam konsentrasiya ilə, hər zaman oynayacaqmış kimi hazır olun."

"Mübarizə Etmədən Oyun Qazanılmır"

Çempionluq yarışında qarşılaşacaqları çətin oyunlara diqqət çəkən Mourinyo, oyunçularına belə xitab edib:

"Hər oyunda alacağımız qələbənin qarşılığı üç xaldır. Çətin maçları qazandığımızda daha çox xal almayacağıq. Hər zaman olduğu kimi bu mövsüm də gördük ki, mübarizə etmədən oyun qazanılmır. Bu səbəbdən rəqibin kim olduğuna fikir verməməlyik. Bir oyunu qazanılmadan, digər oyunu düşünməməliyik."

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar