Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda “Tirana”nı qəbul edib.
Matç “Eqnatiya”nın qələbəsiylə başa çatıb - 1:0.
Zamiq bu görüşdə start heyətdə yer alıb və sona qədər oynayıb.
“Eqnatiya” 12 turdan sonra 19 xalla 10 komanda arasında 3-cü sıradadır.