Messi Çempionlar Liqası ilə vidalaşdı
11 aprel 2024 14:21 (UTC +04:00)

Messi Çempionlar Liqası ilə vidalaşdı

Lionel Messinin çıxış etdiyi MLS komandası "İnter Mayami" KONKAKAF Çempionlar Liqasının 1/4 finalında Meksikanın “Monterrey” komandasına 3:1 hesabı ilə məğlub olub. ABŞ yığması ilk görüşdə məğlub olaraq turnirlə vidalaşıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının təşkilatçılığı ilə keçirilən KONKAKAF Çempionlar Liqasının 1/4 final mərhələsinin ikinci oyununda MLS komandası “İnter Mayami” səfərdə Meksika təmsilçisi “Monterrey” ilə “Estadio BBVA”da qarşılaşıb.

Qarşılaşmada Meksika yığması 31-ci dəqiqədə Brandon Vaskes, 58-ci dəqiqədə German Bertarame və 64-cü dəqiqədə Xesus Qallardonun vurduğu qollarla 3-0 önə keçib. Paraqvaylı futbolçu Dieqo Qomez matçın 85-ci dəqiqəsində argentinalı ulduz Lionel Messinin ötürməsi ilə hesabı 3-1-ə çatdırsa da, bu, ABŞ yığmasının növbəti mərhələyə adlaması üçün kifayət etməyib.

Jordi Alba 78-ci dəqiqədə ikinci sarı vərəqə alaraq qırmızı vərəqə aldıqdan sonra “İnter Mayami” 10 nəfərlə qalıb.

"İnter Mayami" öz meydanında keçirdiyi ilk matçda 2:1 hesabı ilə uduzub və ümumilikdə 5:2 hesabı ilə uduzaraq 1/4 finalda turnirlə vidalaşıb.

“İnter Mayami”nin heyətində Lionel Messi, Luis Suares, Serxio Busquets və Jordi Alba kimi futbolçular var.

# 3954
avatar

Oxşar yazılar