Dünyanın ən məşhur idman aparıcılarından biri olan Diletta Leotta bir neçə il əvvəl alman futbolçu Loris Kariusu valeh etmişdi.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, cütlük əvvəlcə münasibətlərini gizli saxlasa da, tezliklə nişanlanıb və bir qız övladı dünyaya gəlib. Bir neçə ay sonra İtaliyanın Vulkano adasında 160 qonağın iştirakı ilə evləniblər.
2022-ci ilin oktyabrında İtaliya mətbuatı Leottanın alman qapıçı ilə görüşdüyü barədə xəbər dərc etmişdi. Teleaparıcı Kariusla fransız restoranlarının birində tanış olub.
"Parisə dostlarımla moda nümayişi üçün getmişdim və axşam yeməyi üçün Costes otelinə getdik. Loris restorana girəndə günəş doğmuş kimi bütün yeri işıqlandırdı. Dostlarıma dedim: "Bax, həyatımın adamı içəri girdi.
Loris, yəqin ki, bizim ona baxdığımızı görüb və o, uzaqlaşarkən əyilib baxışını geri qaytardı. Dedim: "Allahım, qızlar, o məni seçdi", - 32 yaşlı aparıcı “Grazia” jurnalına verdiyi müsahibədə ilk görüşlərini təsvir edib.
2022-ci ilin dekabrında münasibətlərlə bağlı fərziyyələri təsdiqləyiblər və artıq mart ayında sosial şəbəkələrdə sevənləri ilə xoş xəbəri paylaşıblar. Cütlük uşaq gözlədiklərini açıqlayıb.
"Planlaşdırılmamışdı, amma düşündüm: hər şeyi plana görə kim edir? Heç bir qayda haqqında düşünməyin mənası yox idi, çünki heç bir qayda yoxdur. Bu, ala biləcəyim ən gözəl hədiyyə idi", - Diletta Leotta söyləyib.
"Nyukasl"ın futbolçusu hələ hamilə ikən ona evlilik təklifi edib və onlar avqust ayında qızı Ariyanı dünyaya gətirib. Cütlük uzun müddət nişanları ilə bağlı məlumatı gizli saxlasa da, indi toydan fotoları “Instagram”da yayımlayıb.