“Real Madrid”in futbolçusu Kilian Mbappenin X sosial şəbəkəsindəki mikrobloqu haker hücumuna məruz qalıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hakerlər futbolçunun adından bir neçə paylaşım ediblər. Onların bəziləri Fələstindəki vəziyyətlə bağlı siyasi xarakter daşıyıb. Bəzi paylaşımlar isə təhqirlərdən ibarət olub.
Belə ki, hakerlər Mbappenin adından səkkiz dəfə “Qızıl top”un sahibi Lionel Messiyə qarşı iyrənc sözlər yazıblar.