Sentyabrın 21-də Avropa Liqasının qrup mərhələsinin ilk turunun LASK - "Liverpul" oyunu keçirilib. Görüş Yurgen Kloppun yetirmələrinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alman mütəxəssis üçün bu, klubun avrokuboklarda 50-ci qələbəsidir. O, "Liverpul"un sükanı arxasında avrokuboklarda 50 qələbə qazanan ilk məşqçi olub.
Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda İngiltərə çempionu, İngiltərə Kuboku və Superkubokunun qalibi, UEFA Çempionlar Liqasının qalibi və UEFA Super Kubokunun qalibi olub.