İngiltərənin "Liverpul" futbol klubu son zamanlar ardıcıl 21-ci görüşdə rəqiblərinə uduzmayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, sentyabr ayından bəri mersisaydlılar 18 qələbə qazanıb və üç oyunda bərabərə qalıb.
Dekabrın 23-nə keçən gecə Premyer Liqanın 17-ci turunun oyununda "qırmızılar" səfərdə "Tottenhem"i 6:3 hesabı ilə məğlub edib.
Beləliklə, Arne Slotun komandasının müsbət seriyası 21-ci oyuna çatıb. Sonuncu dəfə “Liverpul” sentyabrın 14-də “Nottingem Forest”lə ev oyununda 0:1 hesabı ilə uduzub.
Arne Slotun komandasının hazırda 39 xalı və ehtiyatda bir oyunu var. Sonrakı yerləri “Çelsi” (35 xal) və “Arsenal” (33 xal) tutur.