Kuman yenidən  "Barselona"ya qayıtmağa   hazırdır
31 mart 2023 15:35 (UTC +04:00)

Kuman yenidən "Barselona"ya qayıtmağa hazırdır

Hollandiya millisinin baş məşqçisi Ronald Kuman əvvəlki iş yeri - "Barselona" ilə bağlı fikirlərini bölüşüb.

Lent.az xarici mediaya istinadən bildirir ki, 60 yaşlı mütəxəssisin Kataloniya komandasına qarşı isti hissləri olduğu qeyd edilir.

“2020-ci ildə “Barselona”nın baş məşqçisi olmaq və milli komandanı tərk etmək qərarına gəldim. Bu seçim göz qabağında idi, mən bu komandada çalışmaq istəyirdim, çünki bu klubu çox sevirəm. Əgər şans olarsa, mən ora qayıtmaq istəyirəm”, - Kumandan deyib.

Xatırladaq ki, Kuman 2021-ci ilin oktyabrında "Barselona"nın baş məşqçisi postundan qovulub, bundan sonra Xavi komandaya başçılıq edir.
 

# 1500
avatar

Oxşar yazılar