Kuman  bu futbolçuları   daha Hollandiya millisinə çağırmayacaq  
03 sentyabr 2024 17:54 (UTC +04:00)

Kuman bu futbolçuları daha Hollandiya millisinə çağırmayacaq  

Hollandiya yığmasının baş məşqçisi Ronald Kuman bildirib ki, əvvəllər milli komandada müntəzəm çıxış edən 3 futbolçu qeyri-adi bir hadisə baş verməsə, yığmaya çağırılmayacaq.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, söhbət yarımmüdafiəçilər Corsinio Veynaldum, Marten de Rone və müdafiəçi Deyli Blinddən gedir. 

Kuman oyunçuların qərarı başa düşdüklərini söyləyib.

Qeyd edək ki, Blindin özü daha əvvəl Hollandiya millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Oxşar yazılar