Konte  məşqçilik karyerasına   fasilə verəcək
31 mart 2023 13:27 (UTC +04:00)

Konte məşqçilik karyerasına fasilə verəcək

Bir həftə əvvəl klubdan qovulan “Tottenhem”in keçmiş baş məşqçisi Antonio Konte karyerasına fasilə verəcək.

Lent.az bildirir ki, İtaliya mətbuatının məlumatına görə, mütəxəssis ən azı bir il istirahət etmək niyyətindədir. Bu müddət ərzində o, London klubunun düşərgəsində keçirdiyi çətin dövrdən, həmçinin iki yaxın dostunu itirdikdən və öd kisəsini çıxarmaq üçün öz əməliyyatından sonra psixoloji cəhətdən sağalmağı planlaşdırır.

Onu da əlavə edək ki, londonluların rəhbərliyi Kontenin müsahibəsində hazırkı heyətdə olan komandanın tavan həddinə çatdığına və onun ciddi güclənməyə ehtiyacı olduğuna eyham vurduqdan sonra onunla ayrılmaq qərarına gəlib.


 

# 1482
avatar

Oxşar yazılar