İsveçrə-Serbiya oyununda təxribat:  bu köynəklə meydana çıxdı
03 dekabr 2022 14:24 (UTC +04:00)

İsveçrə-Serbiya oyununda təxribat: bu köynəklə meydana çıxdı

İsveçrə və Serbiya milli komandaları arasında keçirilən dünya çempionatı matçında serblərə qarşı təxribat olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Londonun “Arsenal” klubunun və İsveçrə millisinin yarımmüdafiəçisi Qranit Xaka oyundan sonra Kosovonun milli qəhrəmanı Adem Yaşarinin adının çəkildiyi köynəkdə meydana çıxıb.

Xaka özü demarşında bunun “siyasət” olmadığını bildirib. Həmçinin futbolçu deyib ki, köynək onun deyil.

Qrup mərhələsinin nəticəsi olaraq isveçrəlilər səkkizdə bir finala yüksəlib, Serbiya komandası isə turniri tərk edir.

Məlumat üçün bildirək ki, Adem Yaşari alban millətçisi idi. Kosovo və Metohiyanın Yuqoslaviya Federativ Respublikasından ayrılması, eləcə də yaradılması uğrunda mübarizə aparıb. Kosovo Azadlıq Ordusunun yaradıcılarından, ideoloqlarından və aparıcı komandirlərindən biri olub. 1991-ci ildən Yuqoslaviyada serb polisinə qarşı silsilə silahlı hücumlarda iştirak edib. Yuqoslaviya Federativ Respublikasında o, terrorçu kimi tanınıb və 1997-ci ilin iyulunda Yuqoslaviya Federativ Respublikasının Priştina Dairə Məhkəməsi Yaşarini terror fəaliyyətinə görə qiyabi olaraq 20 il müddətinə azadlıqdan məhrum edib.

1998-ci ilin martında Yuqoslaviya Daxili İşlər Nazirliyinin xüsusi əməliyyatı zamanı Yaşari və demək olar ki, bütün ailəsi (arvad, qardaşı və oğlu daxil olmaqla 58 nəfər) Prekazda öldürülüb.

# 3303
avatar

Oxşar yazılar