Futbol üzrə Avropa çempionatının qalibi məlum olub.
Lent.az xəbər verir ki, həlledici qarşılaşmada İspaniya və İngiltərə yığmaları üz-üzə gəlib.
Berlindəki Olimpiya stadionunda təşkil olunan qarşılaşmada İspaniya millisi İngiltərə yığmasına 2:1 hesabı ilə qalib gəlib.
İlk qolu oyunun 47-ci dəqiqəsində İspaniya milisinin üzvü Niko Uilyams vurub.
73-cü dəqiqədə İngiltərə yığmasının üzvü Koul Palmer bərabərliyi təmin edib.
Mikel Oyarzabal 86-cı dəqiqədə İspaniya komandasını hesabda önə çıxarıb.
Oyunu fransalı hakim Fransua Leteksye idarə edib.
Xatırladaq ki, ispanlar 2012-ci ildə Avropa çempionatının qalibi olmuşdu.
***
23:00
Futbol üzrə Avropa çempionatının final mərhələsi start götürüb.
Lent.az xəbər verir ki, turnirin yekun qarşılaşmasında İspaniya və İngiltərə milli komandaları qarşılaşır.