Quba-Xaçmaz yolunda meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə yolun Armudpadar kəndindən keçən hissəsində qeydə alınıb.
Haqverdiyev Vəfalı Qabil oğlunun meyiti yoldan keçənlər tərəfindən aşkarlanıb. Məlumata görə, mərhum uzun illər epilepsiya xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.