“Qalatasaray”ı da çalışdıran baş məşqçi Roberto Mançini karyerası ilə bağlı diqqətçəkən etiraflar edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İtaliya milli komandasından ayrılaraq Səudiyyə Ərəbistanına gedən Mançini "İtaliya milli komandasından ayrılaraq Səudiyyə Ərəbistanına getdim. Yenidən seçim etməli olsam, heç vaxt belə bir qərar verməzdim" deyib.
2013-14 mövsümündə "Qalatasaray"ı çalışdıran Roberto Mançini məşqçilik karyerası ilə bağlı diqqətçəkən etiraflar edib.
İtaliya milli komandası ilə Avro-2020-ci il Avropa çempionatının qalibi olan Roberto Mançini Səudiyyə Ərəbistanı milli komandasının təklifini qəbul edib və 2023-cü il avqustun 13-də vəzifəsindən istefa verib. Mançininin Səudiyyə Ərəbistanı macərası cəmi 18 oyun davam edib.
Hələ heç bir komanda ilə müqavilə imzalamayan Roberto Mançini Ərəbistandakı karyerası haqda bunları deyib: "İtaliya milli komandasının baş məşqçisi olduğum müddətdə ayrılıb Səudiyyə Ərəbistanına getdim. Yenidən seçim etməli olsam, heç vaxt beləbir qərar vermək istəməzdim. Ən yaxşısı öz milli komandanızın məşqçisi olmaqdır".