Hokkeyçini dava zamanı döyüb öldürdülər
05 noyabr 2024 17:23 (UTC +04:00)

Hokkeyçini dava zamanı döyüb öldürdülər

Rusiyanın “Metallurq” hokkey komandasının Abazadan olan hücumçusu davadan sonra dünyasını dəyişib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Abakandakı “Limerick” restoranında baş verib.

37 yaşlı Artem Tortoçakov noyabrın 4-nə keçən gecə digər müştərilərlə mübahisə edib. Onları çölə çıxarıblar, davanın Gənclər Sarayının yaxınlığında davam etdiyi deyilir. Daha sonra hokkeyçi xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Klub Artemin ailəsinə və yaxınlarına başsağlığı verib. İstintaq orqanları onun ölümünün dəqiq səbəbini müəyyən etmək üçün araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2046
avatar

Oxşar yazılar