Zoran Mamiç, “Dinamo” Zaqrebin keçmiş baş məqşçisi
19 may 2021 18:17 (UTC +04:00)

Zoran Mamiç, “Dinamo” Zaqrebin keçmiş baş məqşçisi

Həbsxanadan qaçan keçmiş baş məşqçi tutuldu

Bosniya və Herseqovinanın hüquq-mühafizə orqanları Xorvatiya tərəfindən verilmiş beynəlxalq sifariş əsasında Zaqreb “Dinamo”sunun keçmiş baş məşqçisi Zoran Mamiçi saxlayıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 49 yaşlı mütəxəssis indi Dövlət Təhqiqat və Mühafizə Agentliyinin nəzarətindədir və məhkəməni gözləyir. Onun vətəninə ekstradasiya ediləcəyi də gözlənilir. 

Martın 15-də Xorvatiyanın Ali Məhkəməsi Mamiç barəsində 4 il 8 aylıq həbs qərarı çıxarıb. Onun qardaşı, “Dinamo”nun keçmiş prezidenti Zdravo Mamiç 6,5 il, klubun keçmiş direktoru Damir Vrbanoviç isə 3 il azadlıqdan məhrum ediliblər. 

Onların hamısı 1,5 milyon avro vergidən yayınmaqda və 15 milyona vroya yaxın fırıldaqçılıqda günahlandırılır. 

Bundan sonra Mamiç Zaqreb klubunun baş məşqçisi postundan istefa verdiyini elan edib. O, təyin olunan vaxt cəzasını çəkmək üçün həbsxanaya gəlmədiyindən barəsində axtarış orderi verilib. 

Mamiçin bu ölkənin pasportu olduğundan Bosniya və Hersoqovonaya qaçıb, cəzasını da burada çəkməsini xahiş edib. Ancaq Xorvatiya buna razılaşmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2237

Oxşar yazılar

"Barselona" "Milan"ın oyunçusunu alır

"Barselona" "Milan"ın oyunçusunu alır

7 iyun 2025 , 13:26
"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

7 iyun 2025 , 09:43
Norveç millisi İtaliyanı darmadağın etdi

Norveç millisi İtaliyanı darmadağın etdi

7 iyun 2025 , 01:02
“Tottenhem” baş məşqçisini istefaya göndərdi

“Tottenhem” baş məşqçisini istefaya göndərdi

6 iyun 2025 , 23:52
Millimiz Qazaxıstanı məğlub etdi

Millimiz Qazaxıstanı məğlub etdi

6 iyun 2025 , 21:23
“Mançester Yunayted”in transfer təklifi rədd edildi

“Mançester Yunayted”in transfer təklifi rədd edildi

6 iyun 2025 , 19:17
"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası  verildi

"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası verildi

6 iyun 2025 , 14:34
Lamin Yamal 112 il əvvəlki  rekordu təkrarladı

Lamin Yamal 112 il əvvəlki rekordu təkrarladı

6 iyun 2025 , 11:58