"Mançester Siti" 24 yaşlı hücumçu Erlinq Haaland ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləni uzadır.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, norveçli futbolçunun tərəfi israr edir ki, yeni əmək müqaviləsinə əsasən Haaland istənilən vaxt "Real Madrid"in futbolçusu ola bilər. Müqavilənin həmin bəndində göstərilir ki, belə olduğu təqdirdə futbolçu "Mançester Siti" ilə əmək münasibətlərinə xitam verə bilər.
Haaland 2022-ci ilin yayından “Siti”də oynayır. Bu müddət ərzində o, bütün turnirlərdə 102 oyunda iştirak edib, 97 qol vurub, 14 məhsuldar ötürmə edib. Bu mövsüm 24 yaşlı futbolçu Premyer Liqada 3 oyun keçirib və 7 qol vurub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.