İndoneziya futbolçu 11 metrlik cərimə zərbəsi təyin edən hakimi döyüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə “Açe” və “Mərkəzi Sulavesi” komandaları arasında keçirilən oyun zamanı baş verib.
Fasiləyə bir neçə dəqiqə qalmış tamaşaçılar meydançaya butulkalar atsalar da, oyun davam edib.
96-cı dəqiqədə hakim “Açe”nin xeyrinə 11 metrlik cərimə zərbəsi təyin edib. “Mərkəzi Sulavesi”nin futbolçusu buna əsəbiləşərək hakimin yanına qaçıb və onu güclü zərbə ilə yerə yıxıb.
Daha sonra dördüncü hakim “Açe”nin xeyrinə daha bir 11 metrlik cərimə zərbəsi təyin etdikdən sonra oyun yenidən davam etdirilib. “Mərkəzi Sulavesi” komandasının futbolçuları əlavə vaxtda oynamaqdan imtina edərək meydanı tərk ediblər.