Fransa millisinin ulduz futbolçusu  təcili İsveçə getdi – SƏBƏB
29 iyun 2024 16:10 (UTC +04:00)

Fransa millisinin ulduz futbolçusu təcili İsveçə getdi – SƏBƏB

Kinqsli Koman təcili olaraq sevgilisinin yaşadığı İsveçə getməli olub.

Fransa yığması Avropa çempionatında 1/8 finala yüksəlib. Onun növbəti rəqibi Belçika olacaq. Qarşılaşma iyulun 1-nə təyin edilib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Kinqsli Komanın həmin qarşılaşmada oynayıb-oynamayacağı hələlik məlum deyil. 

"Bavariya"nın futbolçusunun yoxluğunun səbəbi sevindiricidir. Fransa təmsilçisinin xanımı tezliklə dördüncü övladını dünyaya gətirəcək.

28 yaşlı futbolçu "qırmızı şeytanlar"a qarşı oynamaq üçün vaxtında qayıtmağı hədəfləyir.

Koman indiyədək Avropa çempionatının bir oyununda iştirak edib. O, Hollandiya ilə görüşdə 15 dəqiqə meydanda olub (0:0).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Oxşar yazılar