Frank Riberi futboldan gedir
07 oktyabr 2022 13:43 (UTC +04:00)

Frank Riberi futboldan gedir

Fansa millisinin keçmiş futbolçusu Frank Riberi karyerasını bitirməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, İtaliyanın “Salernitana” klubunun yarımmüdafiəçisi futboldan getmək fikrinə düşüb.

39 yaşlı ulduz futbolçu A seriyası təmsilçisi ilə müqaviləsini vaxtından əvvəl ləğv etməyi planlaşdırır. Keçən ildən “Salernitana”da çıxış edən Riberi bu mövsüm cəmi 2 oyunda meydana çıxıb.

Qeyd edək ki, Frank Riberi ötən mövsüm A seriyasında 22 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib.

# 3000
avatar

Oxşar yazılar