FHN-in əməkdaşı atıcılıq yarışında gümüş medal qazandı
06 noyabr 2024 17:59 (UTC +04:00)

FHN-in əməkdaşı atıcılıq yarışında gümüş medal qazandı

Noyabrın 6-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı idman növü üzrə yarış keçirilib.

Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yarışda 36 dövlət qurumundan 65 kişi, 49 qadın əməkdaş əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən FHN-in atıcılıq üzrə komandasının əməkdaşı yüksək nəticə əldə etməyi bacarıb.

Belə ki, qadınlar arasında güllə atıcılığı yarışında FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı Aynur Məmmədova 10 metr məsafədən 10 atəş üzrə 81 xal toplayaraq yarışın gümüş medalına sahib olub.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314
avatar

Oxşar yazılar