"Fənərbaxça" və "Trabzonspor"un cəzaları bəlli oldu
03 aprel 2024 16:45 (UTC +04:00)

"Fənərbaxça" və "Trabzonspor"un cəzaları bəlli oldu

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Trabzonspor" və  “Fənərbaxça” ilə bağlı qərar qəbul edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “Fənərbaxça”nın 2 futbolçusu -  Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyunluq cəza alıblar. Osayi Samuel isə cəza verilməyib.

"Trabzonspor" isə qarşıdakı 6 ev oyununu azarkeşsiz keçirəcək. "Trabzonspor"un məşqçisi Egemen Korkmaz da bir görüşdə texniki zonada yer almayacaq.

Qeyd edək ki, Superliqanın 30-cu həftəsinin "Trabzonspor"-"Fənərbaxça" qarşılaşmasından sonra "sarı-lacivərdlilər" 3:2 hesablı qələbəyə sevinərkən meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. 

# 2322
avatar

Oxşar yazılar