Braziliyalı futbolçular oyundan əvvəl  virusa yoluxdular
28 noyabr 2022 11:51 (UTC +04:00)

Braziliyalı futbolçular oyundan əvvəl virusa yoluxdular

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda İsveçrə millisinə qarşı keçirəcəkləri oyun öncəsi Braziliya millisinin üç futbolçusu virusa yoluxub. 

Lent.az bildirir ki, bu barədə “Goal.com” xəbər verir.

Mənbənin məlumatına görə, qapıçı Alisson, yarımmüdafiəçi Lukas Paqueta və hücumçu Antoni qrip əlamətlərinə görə məşqləri buraxıb. İdmançıların komandadan təcrid olunduğu qeyd edilir. Onlar oteldə təkbaşına məşq edirlər.

İki oyundan sonra Braziliya millisi G qrupuna başçılıq edir. İkinci yerdə üç xalı olan İsveçrədir. Üçüncü və dördüncü yerlərdə isə müvafiq olaraq, xal toplaya bilməyən Kamerun və Serbiya komandaları qərarlaşıb.

Braziliya və İsveçrə yığmaları arasında oyun noyabrın 28-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Hücumçu Neymar və müdafiəçi Danilo zədə səbəbindən görüşü buraxacaq.

# 1746
avatar

Oxşar yazılar