Bu ay Mayk Tayson və Evander Holifild nümayiş xarakterlin döyüş keçirməlidir.
“Ancaq bu dəfə döyüşmək lazımdır, dişləmək yox”, - Lent.az xarici mediaya istnadla bildirir ki, Evander döyüş ərəfəsi belə şəert irəli sürüb. O, nə dediyini yaxşı bilir.
1997-ci il iyunun 28-də Las-Veqasda boks tarixində ən qalmaqallı qarşılaşmalardan biri olub. Tayson və Holofild arasındakı revanş “Dəmir Mayk”ın diskvalifikasiya ilə başa çatıb. O, rəqibinin qulağının bir parçasını dişləmişdi.
Tayson çempion kəmərindən, bir il boksçu lisenziyasından məhum edilib və 3 milyon dollar cərimə ödəmişdi.
Sonra Holfildin başına və başının arxasına qadağan olunmuş zərbələr vurduğunu söyləyərək etdiyi hərəkətə bəraət qazandırmışdı.
Yeri gəlmişkən, may ayında Tayson-Holifild döyüşü olmayacaq. Boksçular heç cür razılığa gələ bilməyiblər.