Super Liqa təmsilçilərindən "Beşiktaş" futbolçusu Cenk Tosunla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qara" klub göstərdiyi səylərə görə 33 yaşlı futbolçuya təşəkkür edib: "İlk dəfə 2014-cü ildə yollarımız kəsişən, milli komandamızın dəyərli oyunçusu, qazandığımız üç Super Liqa və iki Türkiyə Kubokunda pay sahibi olan Cenk Tosuna klubumuzda göstərdiyi səylərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq”.
Xatırladaq ki, Cenk Tosun digər Super Liqa təmsilçisi "Fənərbaxça" ilə müqavilə imzalamağa çox yaxındır. "Qartallar"la yeni sözləşmədə razılaşa bilməyən mərkəz hücumçusu "Fənərbaxça" ilə son detalları müzakirə edir.
"Sarı-lacivərlilər"lə müqavilənin 1+1 il müddətinə imzalanacağı gözlənilir.
2017-2018 mövsümündə "Everton"a gedən Cenk Tosun İngiltərənin "Kristal Palas" klubunda da çıxış edib. O, karyerası ərzində 487 matçda 195 qol vurub, 60 məhsuldar ötürmə edib.